Rusiyada fabrikdə uçqun olub, 3 fəhlə ölüb

  21 Fevral 2021    Oxunub : 1572
Rusiyada fabrikdə uçqun olub,    3 fəhlə ölüb
Rusiyanın Krasnoyarsk vilayətində yerləşən Norilsk dağ-mədən emalı fabrikində dağıntılar olub. Hadisə nəticəsində 3 nəfər ölüb.
Azvision.az xəbər verir ki, Rusiya Təhqiqat Komitəsi hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlayıb.

Hadisə nəticəsində 3 fəhlə həlak olub, daha 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Fevralın 22-də Norilsk şəhərində matəm elan olunacağı bildirilir.

Azvision.az

Teqlər: Rusiya   Fabrik   Hadisə