Oğurluq edən dəstə üzvləri ələ keçdi - FOTO

Oğurluq edən dəstə üzvləri ələ keçdi -   FOTO
  29 Mart 2021    Oxunub:1752
Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evindən və avtomobillərdən oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən birinə qeyri-qanuni yolla daxil olaraq oradan bir ədəd televizoru oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanılıb.



Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində M. Hüseynovun digər oğurluq cinayətləri törətməsi də aşkar edilib. Belə ki, o, tanışı, Gəncə şəhər sakini Elmir İsmayılovla birlikdə Göygöl rayonuna gələrək avtomobillərdən musiqi avadanlıqları oğurlamış daha sonra oğurladıqları əşyaları satıblar.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.





Azvision.az


Teqlər: Göygöl   DİN   Oğurluq  





Xəbər lenti