“Yeni reallıqlar Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır” - Lyuk Kofi
Hazırkı şəraitdə Qərb ölkələrinin Mərkəzi Asiya regionuna yeganə çıxışının Türkiyə-Gürcüstan-Azərbaycan dəhlizi üzərindən mümkün olacağını qeyd edən müəllif yazır: “Bu kontekstdə ABŞ Prezidentinin “erməni soyqırımı” bəyanatı və Ankara ilə əlaqələri gərginləşdirməsi vəziyyəti daha da pisləşdirib. Lakin Azərbaycan ərazisindən quru və hava yolu ilə Mərkəzi Asiyaya çıxış Vaşinqton üçün yeganə mümkün variant kimi görünür. Bu marşrut Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin adını daşıyan və İpək Yolu üzərində əhəmiyyətli məntəqə olan 100 kilometrlik “Ganja Gap” dəhlizidir. ABŞ ordusu Əfqanıstana təchizatın göndərilməsində bu dəhlizdən istifadə edib. Beləliklə, Vaşinqton Mərkəzi Asiya regionunda möhkəmlənmək istəyirsə, Türkiyə ilə münasibətləri yaxşılaşdırmalı və Azərbaycana daha çox diqqət yetirməlidir. Bu məqsədlə güclü iqtisadi əlaqələr və diplomatik səylər lazımdır”.
Politoloq vurğulayıb ki, Rusiya və Çinin Mərkəzi Asiyada, həmçinin Əfqanıstanda təsirini artırmaq planları qarşısında ABŞ üçün ən məqbul variant Türkiyə və Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdir. (AzərTAc)
Azvision.az
Teqlər: ABŞ Azərbaycan