Koçaryan Paşinyana qalib gəldi - Seçkiöncəsi sorğu

 Koçaryan Paşinyana qalib gəldi -  Seçkiöncəsi sorğu
  03 May 2021    Oxunub:2119
Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı sorğu keçirilib.
Azvision.az xəbər verir ki, onlayn və anonim şəkildə keçirilən sorğu gözlənilməz nəticələr verib. Belə ki, respondentlər "Gələn bazar günü parlament seçkiləri keçirilsəydi, hansı siyasi qüvvəyə səs verərdiniz?" sualına cavab olaraq, daha çox sabiq prezident Robert Koçaryanın blokunu seçiblər.

Sorğu iştirakçılarının 62 faizi Qarabağ klanının nüfuzdan düşmüş keçmiş fiqurunu yenidən hakimiyyətdə görmək istəyib. Hazırkı hakim fraksiya olan "Mənim addımım" isə sorğuda cəmi 3 faiz səs toplayıb. "Sasna Tsrer" terror təşkilatı isə 2 faiz yığıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Sorğu   Ermənistan  





Xəbər lenti