Hovuzlardan istifadəyə icazə verildi

   Hovuzlardan istifadəyə icazə verildi
  26 May 2021    Oxunub:1532
İdman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan), çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti 10 iyun saat 00:00-dan bərpa ediləcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Azvision.az


Teqlər: Hovuz  





Xəbər lenti