“Yay məktəbləri ödənişsiz olacaq” - Nazir

 “Yay məktəbləri ödənişsiz olacaq” -   Nazir
  31 May 2021    Oxunub:1075
16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

"Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləmişdir. Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm", - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik   Məktəb  





Xəbər lenti