Fransadakı erməni icması Paşinyanla görüşdən imtina etdi

Fransadakı erməni icması Paşinyanla görüşdən imtina etdi
  02 İyun 2021    Oxunub:1019
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransa səfəri uğursuzluqla yekunlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Joqovurd" qəzetinin verdiyi xəbərə görə, Nikol Paşinyana qarşı Fransa ermənilərində nifrət hissi oyanıb. Bildirilir ki, Paşinyana qarşı yalnız Ermənistanda deyil, xaricdə də etirazlar çoxalıb: "O, "kapitulyator" sədaları ilə qarşılanır. Dünən Fransa paytaxtında baş verən aksiyalar və Paşinyanı Parisdə çoxlu sayda polisin müşayiəti ilə gəzməyə məcbur edən digər hadisələr buna bariz nümunədir.

Ermənilər Paşinyanı burada da “kapitulyator” yazılmış plakatlarla qarşıladılar. Sonradan məlum oldu ki, Nikol erməni icması tərəfindən də rədd edilib".



Fransadakı erməni şirkətlərinin koordinasiya şurasının həmsədri, "Daşnaksütyun" partiyasının yerli bürosunun üzvü Murad Papazyan KİV-ə açıqlamasında Paşinyanın erməni icmasının üzvləri ilə iki formatda görüş təklif etdiyini, lakin özünün və digər aktiv ermənilərin bundan imtina etdiyini söyləyib. Onlar əksinə olaraq Paşinyanın əleyhinə aksiyaları dəstəkləyiblər:

“Paşinyan göstərmək istəyir ki, guya onun diasporla problemi yoxdur və Fransa prezidenti ilə də görüşə bilir. Seçkilər öncəsi bu detallardan öz xeyrinə istifadə etmək istəyir. Diasporu parçalayan baş nazirə ehtiyacımız yoxdur. Ümid edirik ki, o yenidən seçilməyəcək. Yaxşı olardı ki, Rusiya kimi Ermənistanın strateji tərəfdaşları ilə münasibətləri düzgün inkişaf etdirə biləcək güclü bir adam seçək".

Papazyan iddia edib ki, Fransa prezidenti Paşinyanla oktyabr ayında görüşməyin tərəfdarı olub. Lakin Ermənistan rəhbəri o qədər israr edib ki, Makron əlacsız şəkildə onunla razılaşmalı olub.

Oxşar mövzu:

Parisdə Paşinyanın kortejinə hücum edildi

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Paris   Diaspor  





Xəbər lenti