Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı - FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı -  FOTOLAR
  02 İyun 2021    Oxunub:1548
Vətən Müharibəsi Qəhrəmanı Amid Rəbbil oğlu Heydərovun büstü hazırlanıb.
Azvision.az xəbər verir ki, büstün müəllifi Rahib Qarayevdir. O, şəhidin büstünün fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Amid Heydərov 1988-ci ildə Lerikdə anadan olub. Mayor Heydərov oktyabrın 3-də Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ona Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan başqa "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.







Azvision.az


Teqlər: Şəhid   Büst  





Xəbər lenti