Jirinovskinin “ı” əməliyyatı

Jirinovskinin “ı” əməliyyatı
  12 Mart 2014    Oxunub:1227
Onun fikrincə, Avropa xalqlarının heç birinin dilində bu hərf yoxdur.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Dövlət Dumasının iclasında çıxış edən Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovski rus əlifbasından “ı” hərfinin çıxarılmasını təklif edib.

“Bu kifir hərfi yığışdırmaq lazımdır, bu asiyalılara məxsus bir hərfdir. Buna görə bizi Avropada sevmirlər... Bu hərf bizə monqollardan keçib və heç bir Avropa dilində “ı” hərfi yoxdur. Boğaz səsidir, heyvanlar belə danışır: “ı-ı”. “İ”- bizə bəsdir”-deyə Jirinovski deyib.

Onun fikrincə, azyaşlı uşaqlar bu hərfi tələffüz etməyə çətinlik çəkirlər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti