Azərbaycan Ordusu dünyada 64-cü yerdədir

   Azərbaycan Ordusu dünyada  64-cü yerdədir
  26 İyun 2021    Oxunub:2865
"Global Firepower" araşdırma şirkətinin hesabatına görə, Azərbaycan Ordusu 140 ölkənin silahlı qüvvələri arasnda 64-cü yerdədir.
Azvision.az xəbər verir ki, siyahı ümumilikdə 140 ölkəni əhatə edir. Reytinq hazırlanan zaman ordu ilə bağlı hərbi güc, maliyyə, maddi-texniki imkanlar və coğrafiya kimi göstəricilər əsas götürülüb.
Ordumuzun mövqeləri atəşə tutulub

Reytinq cədvəlində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsü olub. Belə ki, Ermənistan, Gürcüstan isə 92-ci sırada qərarlaşıb.

Siyahıya ABŞ ordusu başçılıq edir. İlk onluqda sonrakı yerləri Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Braziliya, Pakistan tutur.

Türkiyə dünyada 11-ci ən güclü orduya malikdir. İran isə 14-cü yerdədir.

Azvision.az


Teqlər: Ordu  





Xəbər lenti