Avstriya kansleri ilk dəfə ata olacaq - FOTO

Avstriya kansleri ilk dəfə ata olacaq -  FOTO
  10 İyul 2021    Oxunub:1461
Avstriya kansleri Sebastian Kurts Suzanna Tir ilə ilk övladlarının dünyaya gəlişini gözlədiklərini elan edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook”da yazıb.

"Tezliklə üç nəfər olacağımız üçün çox xoşbəxtik. Qarşıda səbirsizliklə gözlədiyimiz möhtəşəm ortaq vəzifəmiz var. Şəxsi həyatımızı əvvəlki kimi məxfi saxlamağa davam edəcəyimizi başa düşməyinizi xahiş edirəm", - kansler vurğulayıb.

Cütlüyün ilk övladlarını noyabrın sonu və ya dekabrın əvvəlində gözlədikləri məlum olub. Onlar körpənin cinsini hələ bilmirlər. Avqust ayında 35 yaşı tamam olacaq Kurts və 34 yaşlı Suzanna uzun illərdir birlikdədirlər, amma münasibətlərini hələ də rəsmiləşdirməyiblər. Onların toya hazırlaşmaları barədə məlumatlar var.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstriya   Kansler  





Xəbər lenti