Azərbaycana könüllü qayıdan 604 nəfərə yardım edilib
Nümayəndəlik hazırda Niderland, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
Cari ilin birinci yarısında KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 397 nəfər reinteqrasiya yardımı, 207 nəfər isə məsləhət xidməti ilə təmin edilib.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 397 nəfərdən 192-nə nağd və 205 nəfərə qeyri-nağd şəkildə yardım olunub. Qeyri-nağd şəkildə yardım çərçivəsində 34 şəxsə müvəqqəti mənzil təminatı, 51 şəxsə kiçik biznesin qurulması, 113 nəfərə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 6 şəxsə tibbi yardım, 1 nəfərə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.
Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir.
BMqT-nin KQYR layihələri daxilində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.
Azvision.az
Teqlər: BMTq