Pakistanda partlayış - 30 yaralı

Pakistanda partlayış -    30 yaralı
  19 Avqust 2021    Oxunub:1522
Pakistanın Pəncab əyalətinin Bahavalnaqar şəhərində şiə müsəlmanlarının yürüşü zamanı baş verən güclü partlayış nəticəsində ən azı 30 nəfər yaralanıb. Bu barədə Asoşeyted Press şahidlərə və şiə liderinə istinadən xəbər verir.
Şiə lideri Havar Şəfqət partlayışı təsdiqləsə də təfərrüatları açıqlamayıb. Agentlik sosial şəbəkələrdə təcili yardım maşınlarının və polisin partlayış yerinə getdiyini göstərən videolara da istinad edir.

Şahanə Rəhimli
Azvision.az






Teqlər: Pakistan  





Xəbər lenti