Yaddaş pozğunluğundan əziyyət çəkənlərin sayı 3 dəfə artacaq - ÜST

   Yaddaş pozğunluğundan əziyyət çəkənlərin sayı 3 dəfə artacaq -    ÜST
  02 Sentyabr 2021    Oxunub:1027
2030-ci ilə qədər dünyada demans xəstəliyindən əziyyət çəkən insanların sayı 78 milyona, 2050-ci ildə isə 139 milyona yüksələcək.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri məlumat yayıb.

ÜST-ün hesablamalarına əsasən, hazırda 55 faiz insan bu xəstəlikdən əziyyət çəkir. Bunların 8,1 faizi 65 yaşdan yuxarı qadın, 5,4 faizi isə kişilərdir.

Dünyada 2019-cu ildən bu diaqnozdan müalicə alan xəstələrə 1,3 trilyon dollar xərclənilir. Bu rəqəm 2030-cu ilə qədər 1,7 trilyon, 2050-ci ildə 2,8 trilyon dollara qalxacaq.

Qeyd edək ki, demans yaddaş, düşüncə və davranışların aşağı düşdüyü və bir insanın gündəlik fəaliyyətlə məşğul olma qabiliyyətini itirdiyi bir sindromdur.

Azvision.az



Teqlər: Demans   ÜST  





Xəbər lenti