"Nəyi qeyd edəcəksiniz? Yalançı müstəqilliyi?!" - Erməni politoloq
Azvision.az xəbər verir ki, “Vahid Ermənistan” partiyasının idarə heyətinin üzvü Vahe Davtyan “Facebook” səhifəsində 21 sentyabrda Ermənistanın "müstəqillik günü"nün qeyd edilməsi ilə bağlı hazırlıqları kəskin tənqid edib. Davtyan Ermənistanın uğursuz dövlət olduğunu yazıb: "Dünyada bir çox de-yure dövlətlər var ki, onlar faktiki olaraq yalnız dövlət atributlarına malik ərazilərdir. 2018-ci ildə belə ölkələr siyahısına girmək yolunu tutduğumuz və 2021-ci ilin iyununda anti-dövlət ruhlu xalq olduğumuzu nəhayət, təsdiqlədiyimizlə barışmalıyıq".
Davtyan hesab edir ki, ərazi bütövlüyünü qoruya bilməyən, öz suverenliyinə xələl gətirən Ermənistanda müstəqillik gününü qeyd etməyə heç kimin mənəvi haqqı yoxdur. "21 sentyabrda təmtəraqla nəyi qeyd edəcəksiniz?, - erməni siyasətçi qəzəblə soruşub.- Yalançı müstəqillik, saxta dövlətçiliyi? Həlak olmuş 5000 insan məzarda rahat olmayana qədər bizim milli səviyyədə nəyisə qeyd etməyə haqqımız yoxdur. Ən az bir il gözləyin".
Azvision.az
Teqlər: Ermənistan