Putin özünütəcrid rejimində işləyəcək

  14 Sentyabr 2021    Oxunub :285
   Putin özünütəcrid rejimində işləyəcək
Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına görə özünütəcrid rejiminə keçib.
Azvision.az -ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək.

Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.


Azvision.az

Teqlər: Putin   Koronavirus  







Xəbər lenti