Təhsil krediti alan tələbə ödədiyi vəsaiti geri götürə biləcək - Rəsmi

  17 Sentyabr 2021    Oxunub :511
   Təhsil krediti alan tələbə ödədiyi vəsaiti geri götürə biləcək -    Rəsmi
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. O bildirib ki, bu il 40 minə qədər tələbəyə təhsil kreditlərinin verilməsi həyata keçirələcək.

"Təhsil tələbə kreditləri təhsil üçün tamamilə yeni mexamizmdir. Həm bakalavr, həm də magistrlər bu kreditlərdən yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib. Biz bu prosesdə gecikməmişik və oktyabrın əvvəlindən prosesə başlanılacaq".

N.Məmmədli bu il ali məktəbə qəbul olan tələbələrin qeydiyyatı üçün ödənişin edilməsi məsələsinə də aydınlıq gətirib.

"Qaydalara əsasən I kurslar qeydiyyat zamanı ödənişi etməlidir. Lakin tələbənin kredit müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Tələbə   Kredit  







Xəbər lenti