"İnqilaba qədər müstəqillik gününü qeyd etməyək deməmişdik"- Artur Sakunç

  21 Sentyabr 2021    Oxunub :320
   "İnqilaba qədər müstəqillik gününü qeyd etməyək deməmişdik"-   Artur Sakunç
Erməni hüquq müdafiəçisi Artur Sakunç bu gün Ermənistanın qalmaqallı şəkildə müstəqillik gününü qeyd etməsindən danışıb.
Azvision.az xəbər verir ki, yerli mediaya gileylənən Sakunç indiyə kimi belə pessimist əhvalda bayram keçirmədiklərini xatırladıb.

-Vətəndaş cəmiyyəti nümayəndələri inqilabdan əvvəl heç vaxt müstəqillik gününü qeyd etməməyi tələb etməmişdilər.
Düzdür müstəqilliyə zidd baş verən hadisələr və hərəkətlər haqqında çox sərt tənqidi fikirlər var idi. Lakin bu tənqidlər müstəqilliyi dəyərdən salmaq niyyəti ilə deyil, əksinə onu gücləndirmək üçün idi. İnqilabdan sonra da eyni mövqe saxlanılır.

Qeyd edək ki, bu gün Ermənistanda müstəqillik günü qeyd edilir. Baş nazir Nikol Paşinyan bayram gününün geniş və rəngarəng şəkildə qeyd edəcəyini bəyan etdikdən sonra ölkədə bir sıra etiraz aksiyaları keçirilib. Onlar ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilən işğalçı ordunun hərbçilərinin ruhuna hörmət tələb edirlər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Bayram  







Xəbər lenti