"Xəzərin statusu məsələsinin həlli yeni imkanlar açıb" - Qazaxıstanlı politoloq (müsahibə)

"Xəzərin statusu məsələsinin həlli yeni imkanlar açıb" -  Qazaxıstanlı politoloq (müsahibə)
  26 Oktyabr 2021    Oxunub:1600
"2021-ci ilin payızında Moskvada keçiriləcək İkinci Xəzər iqtisadi forumu Avrasiya regionu, o cümlədən də Xəzəryanı bölgə üçün böyük əhəmiyyətə malikdir. Məncə, bu forum çərçivəsində qaldırılmalı aktual məsələlər turizm, ekologiya və prisnipial məqam kimi qarşılıqlı iqtisadi əlaqələrdir. Ekoloji aspektlər, o cümlədən də Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsilə bağlı danışmaq çətindir. Çünki İran İslam Respublikasından ratifikasiyanı gözləmək lazımdır". Bu sözləri AzVision.az-a “Avrasiya monitorinqi” analitik araşdırmalar mərkəzinin rəhbəri, qazaxstanlı politoloq Alibek Tajibayev deyib.
- Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanmasından sonra nələrə nail olunub?
- Məncə, Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanmasından sonra ən vacib nailiyyət bu su hövzəsinin unikal statusu barədə razılığın əldə olunmasıdır. Yəni müəyyən mənada Xəzərin dibi dəniz hüququndan, səthi isə həmsərhəd göllər hüququndan çıxış edilərək, bölünür. Bu çox vacibdir, çünki qapalı su hövzəsi olan Xəzər dənizinin ekoloji inkişaf aspekti bütün bəşəriyyətin gələcəyi üçün prinsipial əhəmiyyətə malikdir.
İqtisadi məsələlərə gəldikdə, başa düşmək lazımdır ki, biz artıq Xəzər dənizində nəqliyyat, boru kəmərləri infrastrukturunun yaradılması üçün bütün səylərin göstərilməsi zərurətini anlamışıq.
Üçüncü və prinsipial məqam regionun təhlükəsizliyi üçün vacib əhəmiyyətə malikdir. Bu Xəzəryanı ölkə olmayan üçüncü dövlətlərin hərbi iştirakına qadağa qoyulmasıdır.

- Xəzər dənizinin hüquqi statusu barədə Konvenesiya bütün iştirakçılar tərəfindən təsdiq olunandan sonra hansı qadağalar qüvvəyə minəcək?

- Ən vacibi üçüncü ölkələrin hərbi iştirakına qoyulan qadağadır. Bu iqtisadi sabitlik və mədəni-humanitar sahədə qarşılıqlı əlaqələr üçün vacibdir. Bu konvensiyanın imzalanması kifayət qədər vacib nailiyyətdir və Xəzər dənizi akvatoriyasına ekoloji təsirlə bağlı məqamların nəzərə alınması çox vacibdir. Konvensiyada kifayət dərəcədə ətraflı yazılıb ki, bu, dəqiq şəkildə beynəlxalq ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.

- Azərbaycanla Qazaxstan arasındakı bugünkü ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz? Hansı sahələrdə potensial mövcuddur?

- Heç nəyə baxmayaraq, Azərbaycanla Qazaxstan arasında əmtəə dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Kifayət qədər maraqlı birgə infrastruktur layihələri var. Mədəni-humanitar səviyyədə respublikalarımız arasında sıx münasibətlər qurulub, gələcək inkişaf üçün perspektivlər var, çünki biz bir mədəni-humanitar məkandayıq.
İkitərəfli münasibətlərin mədəni-humanitar aspektlərindən danışdıqda Qazaxstanda çoxlu azərbaycanlının yaşaması reallığından çıxış etmək lazımdır. Biz azərbaycan biznesi və mədəniyyəti sayəsində Qazaxstan respublikasında baş verən mədəni, iqtisadi və qastranomik infuziyalara görə azərbaycan xalqının təmsilçilərinə çox minnətdarıq. Perspektivlər var və hesab edirəm ki, əsasən infrastruktur tikintisi, ümumilikdə sənayenin və infrastrukturun unkişafı sahəsindədir.

- Qazaxstan şirkətləri azad olunmuş Azərbaycan ərazilərinin dirçəlişində iştirak etməyə hazırdırlarmı?
- Qazaxstan şirkətləri özləri üçün iqtisadi baxımdan əlverişli olan layihələri nəzərdən keçirməyə hazırdırlar. Qazaxstan podratçılarının müsabiqədə iştirak etmək üçün dəvət almasına yəqin ki, azərbaycanlı həmkarlar da təşəbbüs göstərməlidirlər. Düşünürəm ki, bununla bağlı çətinlik olmayacaq. Xüsusilə də, Qazaxstanın Azərbaycana ən yaxın olan qərb hissəsində inşaat klasteri çox yaxşı inkişaf edib.

Cavad Muradov
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Azərbaycan   Qazaxstan  





Xəbər lenti