"Facebook" adını dəyişdi

 "Facebook" adını dəyişdi
  28 Oktyabr 2021    Oxunub :1031
“Facebook” şirkətinin adı oktyabrın 28-dən Meta olaraq dəyişdirilir.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi Mark Zukerberq məlumat yayıb.

O, “metaverse” şirkətinin təqdimatı zamanı “bu gündən biz Meta adlandırılacağıq” deyə qeyd edib.
Zukerberq həmçinin mavi Mobius zolağı şəklində şirkətin loqotipini də təqdim edib.

M.Zukerberq "Facebook" sosial şəbəkəsinin adının dəyişilməyəcəyini də əlavə edib. O bildirib ki, əsas şirkətin adının Meta olaraq dəyişdirilməsinin fərdi proqramlara aidiyyatı yoxdur.

AzVision.az

Teqlər: Facebook  







Xəbər lenti