"Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir" - Hikmət Hacıyev

 "Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir" -  Hikmət Hacıyev
  05 Noyabr 2021    Oxunub:1129
“Diplomatik xidmətdə olduğum müddətdə başqa ölkələrin zəfər günləri ilə bağlı tədbirlərdə iştirak edəndə həmişə düşünürdüm ki, bizim nə vaxtsa tariximizdə belə Zəfər olacaq?”.
AzVision.az xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, artıq Azərbaycan tarixində də belə bir Zəfər Günü var: “Xaricdə tədbirlərdə məğlub olmuş ölkənin nümayəndəsi kimi çıxış etmək də çox çətindir. İndi xaricdəki diplomatik nümayəndəliklərimizdə Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunur. Ali Baş Komandana təşəkkür edirik!”

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə problem mövcuddur və bu münasibət dəyişməlidir: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, ölkələr bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialar onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Buna son qoyulmalıdır. Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir”.

O vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda daha bir dövlət yaratmaq niyyəti iflasa uğradı. Hacıyevin sözlərinə görə, hər zaman gündəmdə olan məsələ işğal altında olan torpaqların azad edilməsi idi: "Azərbaycan ilk dəfədir müstəqillik tarixində ərazi bütövlüyü təmin edilən ölkə kimi çıxış edir. Artıq Qarabağ mövzusu xarici siyasət mövzusu deyil. Bu, artıq daxili məsələmizdir. Erməni doktrinası Azərbaycan ərazilərindən imtina etməlidir".

AzVision.az


Teqlər: Hikmət-Hacıyev   Zəfər-Günü  





Xəbər lenti