Bayden: "ABŞ iqtisadi rəqabətdə Çinə qalib gələcək"
Onun sözlərinə görə, sözügedən plan milyonlarla iş yerinin açılmasına səbəb olacaq.
Qeyd edək ki, ölkənin infrastrukturunun inkişafı planı noyabrın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Avqust ayında bu təşəbbüs Konqresin Senatı tərəfindən qəbul edilib.
Ağ Ev və ikipartiyalı senatorlar qrupu tərəfindən razılaşdırılan plan beş il ərzində infrastrukturun inkişafı üçün 550 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur.
AzVision.az