Paşinyan: "Ordu quruculuğunda uğursuzluğa düçar olmuşuq"
- Ordu faktiki olaraq uzun illər toxunulmaz idi. Doğrudur, orduda sui-istifadə halları barədə siqnallar olurdu, amma belə siqnalların müəlliflərini qeyri-konstruktiv, anti-milli və s. sayırdılar. Ordu necə inkişaf edirdi, ordunun büdcəsi necə formalaşırdı və necə xərclənirdi? Bunlar son nəticədə hərbi əməliyyatlar səhnəsindəki hərəkətləri şərtləndirən əsas suallardırlar. Verilən bəyanatlarla reallıq arasındakı fərq. Məsələn, Təhlükəsizlik Şurasına məruzə edirlər ki, ordu “bir addım da geri olmaz” prinsipi ilə ön cəbhəni qoruyub-saxlaya bilər, təcrübədə isə bu baş vermir. Bunlar çox ciddi müzakirə ediləsi suallardır. Lakin sistemlilik nöqteyi nəzərindən biz ordu quruculuğu işini batırdığımızı etiraf etməliyik. Bu mənada ki, ordu Ermənistanın ətarfında yaşanan təhdidlərə uyğun olmalı idi, - Ermənistanın baş naziri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az