Ermənistanla sərhəddə vəziyyət sabitləşib - Rəsmi

Ermənistanla sərhəddə vəziyyət sabitləşib -  Rəsmi
  17 Noyabr 2021    Oxunub:1482
"Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib".

Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən məlumat bildirilib.

"Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti