"İrəvan Tehrandan uzaqlaşanda İran işğala son qoyulmasını alqışlamalı idi"- Köçəryan

 "İrəvan Tehrandan uzaqlaşanda İran işğala son qoyulmasını alqışlamalı idi"-   Köçəryan
  29 Noyabr 2021    Oxunub:1317
Məşhur erməni bloger Tiqran Köçəryan öz xalqını və hökuməti qınayıb.
AzVision.az xəbər verir ki, o son günlərin əsas siyasi hadisəsi olan Aşqabad görüşlərinin İrəvanın əleyhinə işləməsini də təbii hal sayıb.

- Bu gün Aşqabadda İran Azərbaycanın ərazi bütövlüyünün bərpasını və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayan bəyannamə imzalayıb. Üstəlik, digər ölkələrlə yanaşı, İran da bu ərazilərə sərmayə qoymağa hazırdır. İranı günahlandırmağa tələsməyin. Sizə yaxşı münasibət göstərən bir ölkənin çağırışlarına məhəl qoymayaraq İsraildə səfirlik açdınız.
Müharibə zamanı sizdən hökuməti təmsil edən xüsusi nümayəndə heyətini göndərmək və nə baş verdiyini izah etmək tələb olunanda və siz şayiələr yaydınız. İrana xəbər vermədən Azərbaycana strateji yol ayırdınız.
İran öz hava məkanını Azərbaycan hərbi aviasiyasına bağlayanda siz hava məkanınızı Bakı üçün açdınız. Bolton xətti ilə gedib Türkiyə-İsrail maraqlarına xidmət etdiniz. Belə olan halda indiki hal gözlənilən idi.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti