Bu gün Türkiyəni Qafqaza birləşdirən yeni tunel açılır

   Bu gün Türkiyəni Qafqaza birləşdirən yeni tunel açılır
  29 Dekabr 2021    Oxunub:825
Bu gün Türkiyəni Cənubi Qafqaz ölkələri ilə birləşdirən yeni avtomobil tunelinin açılışı olacaq.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, mərasimə prezident Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılacaq.

Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək "Pirinkayalar" tunelinin uzunluğu 2 246 metrdir.

“Kəskin və dar döngələr keçmişdə qaldı. Ərzurum və Artvin arasında çoxlu ölümlə nəticələnən qəzalara səbəb olan “Pirinkayalar” keçidi artıq tunellə çevrildi", - məlumatda deyilir.

Qeyd edək ki, tunelin tikintisinə 2017-ci ildə başlanılıb. Tunel nəqliyyatın hərəkətini asanlaşdıracaq, Şərqi Anadolunu Ərzurum-Artvin marşrutu ilə Şərqi Qara dənizə, Türkiyəni Gürcüstan üzərindən Qafqazla birləşdirəcək.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Türkiyə  





Xəbər lenti