Türkiyə MN: "S-400-lərin alınması zəruri idi"

      Türkiyə MN:    "S-400-lərin alınması zəruri idi"
  08 Yanvar 2022    Oxunub:767
"Türkiyənin Rusiyadan S-400-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir".

AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"S-400 hücum və təhdid olmadığı təqdirdə, heç kimə zərər verməyəcək sistemdir. Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir", - nazir qeyd edib.
Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.

AzVision.az



Teqlər: Türkiyə   S-400  





Xəbər lenti