"Əhalini təşvişə düşməməyə çağırırıq" - Partlayış səsi ilə bağlı açıqlama

 "Əhalini təşvişə düşməməyə çağırırıq" -  Partlayış səsi ilə bağlı açıqlama
  11 Yanvar 2022    Oxunub:2158
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: MüdafiəNazirliyi  





Xəbər lenti