![]() |
Paşinyanın 10 noyabrda gizləndiyi yer məlum oldu |
Həmçinin qeyd edilir ki, bu cinayət əməlləri nəticəsində digər aksiya iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs G.G. əmlakın dağılması və zədələnməsi ilə müşayiət olunan iğtişaşlarda iştirak edərək hava limanına gediblər. Xüsusi nümayəndə heyətlərinin zalının qapı və pəncərəsi sındırılıb, aksiya iştirakçıları uçuş enmə zolağına daxil olaraq hərəkətdə olan təyyarəni saxlamağa cəhd ediblər.
- Bundan başqa, Mantaşyanın çağırışı ilə daha 50 nəfər hökumət binasından hökumət iqamətgahına gedərək, darvazanı sındırıb, baş nazirin malikanəsinə daxil olaraq əmlak ziyan vurublar. Burada əşyaları da oğurlayıblar. Milli Təhlükəsizlik Xidməti onu da bildirir ki, Mantaşyan hökumət binasından təxminən 55 min dram dəyəri olan Ermənistan bayrağını oğurlayıb. Narek Mantaşyan artıq həbs edilib.
Ümumi cinayət işi çərçivəsində isə 29 şəxs barəsində 10 iş ayrılaraq növbəti məhkəmə proseslərinə göndərilməsi üçün prokurora təhvil verilib,- saytlar yazıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-na keçən gecə kapitulyasiya aktına imza atdığı üçün bir qrup şəxs hökumət və parlament binalarına soxularaq, o vaxtkı spiker Ararat Mirzoyanı döymüşdü. Bundan başqa strateji dövlət obyektlərini tutmağa cəhdlər edilmişdi.
Tural Tağıyev
AzVision.az