Rusiyada Njdeyə aid filmin nümayişinin qarşısı alındı- VİDEO

   Rusiyada Njdeyə aid filmin nümayişinin qarşısı alındı-   VİDEO
  28 Yanvar 2022    Oxunub:3342
Rusiya Erməniləri İttifaqı faşizm ideyalarının təbliğatçısı olmuş Qaregin Njde haqqında filmi nümayiş etdirə bilməyiblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Filmin təqdimatına həsr olunmuş tədbirin başlamağı ilə bitməyi bir olub.
Tədbir başlamazdan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları bu cür təqdimatın qanunsuz olması ilə bağlı prokurorluğun xəbərdarlığını oxuyublar. Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını seansı təşkil edənlərin diqqətinə çatdırıblar. Nəticədə tədbir təşkilatçıları filmi nümayiş etdirə bilməyiblər.

Njde haqda filmə görə Rusiyanın Baş prokuroruna müraciət olunub
Qeyd edək ki, Rusiya Erməniləri İttifaqı bir müddət əvvəl Ermənistan Ordusunun 30 illiyi münasibətilə bir vaxtlar SSRİ-yə qarşı vuruşaraq Hitlerə xidmət etmiş erməni milli xadimi Qaregin Njde haqqında filmin nümayişinin olacağını elan etmişdi. Tədbir bu gün Moskvada baş verməli idi.

Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Njde   Rusiya   Film  





Xəbər lenti