Putin fərman imzaladı: Ehtiyatda olan hərbçilər təlimlərə çağırılır

  Putin fərman imzaladı: Ehtiyatda olan hərbçilər təlimlərə çağırılır
  19 Fevral 2022    Oxunub:1328
Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi təlimlərə çağırılması haqqında fərman imzalayıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sənəddə deyilir:

“2022-ci ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi təlim keçməyə çağırılsın”.

Bundan əlavə, Nazirlər Kabinetinə və Rusiya vilayətlərinin icra hakimiyyətləri orqanlarına vətəndaşların təlim-məşq toplanışlarına çağırılması və bu toplanışların keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti