Azərbaycan Ermənistana beş maddəlik təklif göndərib |
Bəzi saytlar isə İrəvanın məlum sənədə müsbət cavab versə belə, bunu xalqla müzakirə etməyəcəyini yazıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərdiyini və hazırda bununla bağlı cavab gözlədiyini bəyan edib. Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir.
- Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik.
Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olaraq rəy bildirmişik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq, - nazir deyib.
Tural Tağıyev
AzVision.az