Polis isə bəyan edib ki, onlara vətəndaşlardan biri tərəfindən aprelin 13-ü axşam saatlarında hadisə ilə bağlı məlumat daxil olub. Naməlum şəxslərin İrəvanın mərkəzindəki binalardan birinin üzərində quraşdırılmış Azqaldiyanın təsviri olan büstün zədələməsi bildirilib. Şaumyan özü isə iddia edib ki, guya bu, türklərin əl işidir. "Ermənistanın türklər və onların agentləri ilə dolub-daşmasına zərrə qədər də şübhəm yoxdur. Belə bir hibrid müharibə gedir", - Şaumyan yazıb.
Qeyd edək ki, Ermənistanda abidə və ya heykəllərin təhqir edilməsi adi hal alıb. İkinci Qarabağ müharibəsindən sonra onlarla oxşar hal yaşanıb. Ötən il ermənilər yəhudi soyqırımına dair abidəni təhqir etmişdilər. Bundan başqa Hindistanın mənəvi lideri olan Qandinin heykəli də yandırılmışdı.
Tural Tağıyev
AzVision.az