![]() |
Bayden növbəti dəfə qeyri-adi davranış sərgilədi- VİDEO |
Bildirilir ki, Bayden Şimali Karolinada infrastruktur islahatı ilə bağlı çıxışını bitirdikdən sonra səhnədə sağa dönüb əl sıxmaq üçün kimisə axtarıb. Halbuki prezidentin yanında heç kim olmayıb.
Sonra çaşqın vəziyyətdə görünən Bayden podiumda bir neçə addım atıb, çıxış üçün quraşdırılmış səhnəni tərk etmək üçün uyğun yer axtarıb.
Hadisədən sonra konqres təmsilçiləri Baydenin impiçmentinə çağırışlar ediblər.
- Prezidentimiz sözün əsl mənasında mövcud olmayan adamla əl sıxmağa çalışdı. İnanılmaz dərəcədə biabırçılıqdır! O, ölkəmizi idarə edir. Artıq kifayətdir!, - konqresmen Marjori Taylor-Qrin sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, 79 yaşlı Amerika prezidentinin sərgilədiyi ilk qeyri-adi davranış deyil. Bundan əvvəl o, ötən ilin oktyabrında da gözünə görünən adama salam vermişdi. Bundan başqa vitse-prezident Kamala Harrisi prezident adlandırmış, Suriya ilə Liviyanı səhv salmış, Pitsburqda təyyarəyə minərkən büdrəmiş və s. diqqət çəkən davranışlar sərgiləmişdi.
Tural Tağıyev
AzVision.az