"Xainin burnunu qırmışam" - "Qəhrəmanı"n büstünü təhqir edən erməni

   "Xainin burnunu qırmışam" -  "Qəhrəmanı"n büstünü təhqir edən erməni
  18 Aprel 2022    Oxunub:1362
Aprelin 14-də Ermənistanın "milli qəhrəmanı" Leonid Azqaldiyanın İrəvandakı abidəsinin təhqir olunmasının təfərrüatları bəlli olub. AzVision.az xəbər verir ki, yerli media təxribatı törədənin artıq saxlanıldığını yazıb.
İrəvanda müharibə "qəhrəmanı"nın abidəsi təhqir olundu - FOTO
"Bu günlərdə "Qarabağ qəhrəmanı" Leonid Azqaldiyanın abidəsinin ön tərəfinin bir hissəsi çəkiclə zədələnərək büstün burnu sındırılddı. Polisin Baş İstintaq İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənin şəxsiyyəti müəyyən edilib. İrəvanın Maştots prospektində yaşayan 58 yaşlı kişi Baş Polis İdarəsinə aparılaraq ifadə verib. O artıq həbs edilib", -məqalədə yazılıb.

Müəllif qeyd edir ki, büstün burnunu qıran şəxs bu gün redaksiyaya gələrək nə üçün belə əməl törətdiyini izah edib.

“O "Leonid Azqaldiyanın burnunu satqın olduğu üçün sındırdım" dedi. Həmçinin qeyd etdi ki, Azqaldyan satqın olması səbəbindən öldürülüb. Əgər o və onun kimiləri burnunu ora -bura soxmasaydılar, belə müharibə olmazdı. "Qəhrəman" həm də 2020-ci ildəki 5000 itkiyə görə də günahkardır. Millətimizin, vətənin xaini idi. Bilirsiniz onu kim öldürdü, dostları?”. İstintaq Komitəsindən isə bizə bildirdilər ki, İrəvan sakini Karen Xaçatryan yaşadığı ərazini tərk etməməsi ilə bağlı yazılı öhdəlik götürüldüyü üçün sərbəst buraxılıb, iş araşdırılır", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Heykəl  





Xəbər lenti