Kolerov: "Paşinyan hitlerçi Njdenin rəsmi pərəstişkarıdır"

  Kolerov:  "Paşinyan hitlerçi Njdenin rəsmi pərəstişkarıdır"
  20 Aprel 2022    Oxunub:1544
Rusiyada rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın naməlum əsgər abidəsinə əklil qoyması rusiyalı ictimai-siyasi xadim Modest Kolerovun hiddətinə səbəb olub. AzVision.az xəbər verir ki, daim ermənipərəst mövqeyi ilə seçilmiş və hazırda “Regnum” informasiya agentliyinin baş redaktoru olan Kolerov Paşinyanı təhqir edərək onun dona girdiyini deyib.
Gümrüdə Njdenin heykəli yoxa çıxdı
- Moskvada ictimai saxtakarlıq və ikiüzlülük. Hitlerçi Njdenin rəsmi və ictimai pərəstişkarı olan Paşinyan Moskvada Hitlerə və onun nasistlərinə qarşı vuruşan qəhrəmanlarımızın qarşısında guya baş əyir, - Kolerov deyib.

Qeyd edək ki, Modest Kolerov fəaliyyətində daha çox İrəvanın, ümumilikdə erməni maraqların təbliğatçısı kimi tanınıb. Onun son fikirləri isə erməni mediasında narazılıqla qarşılanıb. Saytlar ölkənin baş nazirinin ikiüzlü və saxtakar adlandırılmasını deyil, Njdenin hitlerçi adlandırılmasını daha çox qabardaraq "qəhrəman"larının təhqir edildiyini yazırlar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Njde   Kolerov   Paşinyan  



Xəbər lenti