Ermənistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb

 Ermənistanda genişmiqyaslı etiraz aksiyaları başlayıb
  17 May 2022    Oxunub:1739
Ermənistanda vəziyyət gərgin olaraq qalır. AzVision.az xəbər verir ki, bu gün səhər saatlarından müxalifət yenidən paytaxt küçələrini bağlayaraq nəqliyyatın hərəkətini iflic etməyə çalışıb.
Yerli media artıq polisin onlara qarşı güc tətbiq etdiyini yazıb.

"Ermənistan müxalifəti səhər saatlarından etibarən Nikol Paşinyan hökumətinə qarşı etiraz aksiyaları keçirir. İrəvanın müxtəlif yerlərində küçələri bağlanır. Polis aksiya iştirakçılarını saxlayıb", - məlumatda deyilir.

Xatırladaq ki, Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan vitse-spikeri, daşnak İşxan Saqatelyan bu gün genişmiqyaslı itaətsizlik aksiyaları elan edib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti