Ermənistan müxalifəti növbəti mitinqə hazırlaşır |
Qeyd edilir ki, insident iyunun 14-də səhər saat 06:00 radələrində baş verib. “Mercedes” markalı avtomobillə əraziyə daxil olan vətəndaş müxalif fəalların olduğu çadırı əzib keçib.
Məlumata görə, hadisə yerində patrul xidməti həyata keçirən polis əməkdaşları sürücünü yaxalayıb və ümumilikdə vətəndaşı saxlayıblar.
11:15
Ermənistanda müxalifətçilərə qarşı sui-qəsdə cəhd edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar deputat Anna Mkrtçyana istinadəe dərək yazıblar ki, naməlum şəxs öz avtomobili ilə İrəvanın "Fransa meydanı"nda etirazçılar tərəfindən qurulan çadırlardan birinün üstünə çıxıb.
Qeyd edilir ki, hadisə səhər saatlarında olub və insident polis əməkdaşlarının gözü qarşısında baş verib.
"Avtomobil insanların olduğu çadıra çırpılıb. Polis isə bu qanunsuz hərəkətin qarşısını amayıb və ümumiyyətlə hadisəyə müdaxilə etməyib", - Mkrtçyan deyib.
Deputat qeyd edib ki, hazırda baş verənlərin təfərrüatlarını müəyyənləşdirməyə çalışırlar. Bəzi müxalif saytlar isə məsələni şişirdərək bunu müxalifətçilərə qarşı sui-qəsd kimi qiymətləndirib.
Qeyd edək ki, Fransa meydanındakı kiçik "çadır şəhərciyi" mayın 2-də müxalifət tərəfindən qurub. Bu məkanla yanaşı, eyni zamanda paytaxtın digər bölgələri və regionlarda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Hakimiyyət əleyhdarları belə hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır. Bu gün axşam saatlarında da yeni mitinq gözlənilir.
Tural Tağıyev
AzVision.az