İrəvanda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - VİDEO

   İrəvanda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib -    VİDEO
  05 Avqust 2022    Oxunub:999
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərindən qaçan ermənilər İrəvanda növbəti dəfə etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılmış ermənilər hazırda havada qaldıqlarını, nə "qaçqın" statusu ala bilmələri nə də hansısa ölkənin vətəndaşı olmasını sübut edən sənədə malik olmadıqlarından gileyləniblər.
Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər- VİDEO
Onlar Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirərək Avropanın da bu məsələyə diqqət çəkməsinə çalışıblar. “Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayryan isə jurnalistlərə açıqlamasında deyib ki, səfir onları qəbul edənə qədər oturaq aksiya keçirəcəklər.

- Biz artıq bəyan etmişdik ki, Rusiya səfirliyinə şikayətimizi təqdim etdikdən sonra Fransa, oradan da ABŞ səfirliyinə gedəcəyik. Fransa səfiri bizi qəbul edənə qədər burada oturacağıq, - Ayryan deyib. O, bir neçə dəfə səfirə məktub göndərdiklərini, lakin hələ də dəvət cavabı almadıqlarını xatırladıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti