Putin-Ərdoğan görüşü bitdi - YENİLƏNİB

 Putin-Ərdoğan görüşü bitdi -  YENİLƏNİB
  05 Avqust 2022    Oxunub:1333
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş 4 saatdan sonra başa çatıb.
Ərdoğan-Putin görüşü başladı - VİDEO
AzVision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.

***

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş 3 saatdır davam edir.

AzVision.azxəbər verir ki, məhdud tərkibdə görüş “Rus” sanatoriyasında keçirilir.
Görüşdən əvvəl tərəflər mətbuat qarşısında bir-birini salamlayıblar. Prezident V.Putin türkiyəli həmkarına Ukrayna taxılının limanlardan daşınması və Rusiya ərzağının ixracına dair İstanbul sazişinin imzalanmasında səylərinə görə təşəkkür edib. Onun sözlərinə görə, Avropa Rusiya qazının fasiləsiz tranziti üçün Türkiyə liderinə minnətdar olmalıdır.

Rusiya Prezidenti ümidvar olduğunu bildirib ki, danışıqların nəticələrinə görə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalamaq mümkün olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan bu danışıqların Rusiya ilə münasibətlərdə yeni səhifə açacağına ümidvar olduğunu bildirib.

Görüşdən sonra prezidentlərin mətbuata açıqlama verəcəkləri gözlənilmir. Rusiya Prezidentinin mətbuat katibi D.Peskov baş nazirin müavini Aleksandr Novakın jurnalistlərlə ünsiyyətdə olacağını və görüşün yekunları barədə məlumat verəcəyini bildirmişdi.

Xatırladaq ki, sonuncu dəfə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iyulun 19-da Tehranda “Astana formatında” üçtərəfli sammitdə görüşmüşdülər.

AzVision.az



Teqlər:   Türkiyə   Rusiya  





Xəbər lenti