"İran müttəfiqlərin ərazisində PUA istehsal edə bilər" - Rusiyalı general

   "İran müttəfiqlərin ərazisində PUA istehsal edə bilər" -    Rusiyalı general
  11 Avqust 2022    Oxunub:1395
İran müttəfiqlərin ərazisində, hətta onların döyüş əməliyyatları aparması şəraitində belə pilotsuz təyyarələrin yığılması və istehsalını təşkil edə bilir. AzVision.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2004-2008), ordu generalı Yuri Baluyevski deyib.
İranın dronuna möhtac Rusiya – TƏHLİL
"İranın kommersiya baxımından əlçatana olan müxtəlif komponent və materiallardan istifadə etməklə nisbətən ucuz idarə olunan raketlərin və PUA-ların hazırlanmasında əldə etdiyi uğur bu silahların müttəfiqlərin ərazisində yığılması və istehsalını təşkil etməyə belə imkan verir", - Rusiya mediası generalın fikrindən sitat gətirib.

General həmçinin qeyd edib ki, husilərin ixtiyarında olan ən müasir ballistik raketlərlə yanaşı, nisbətən sadə sursat və qanadlı raketlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin müasir Qərb sursatları ilə silahlanmış hava hücumundan müdafiə sistemləri üçün ciddi problemlər yaratmağa davam edir.

Xatırladaq ki, bir müddət öncə bir sıra KİV-lər İran pilotsuz təyyarələrinin Rusiyaya mümkün tədarükü ilə bağlı xəbərlər dərc etmişdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   General   PUA  





Xəbər lenti