Ukrayna tərəfi Krımdakı partlayışlarda Kiyevin əlinin olmasının təsdiqləməyib. Bununla belə, rəsmilər hərbi anbarın dağıdılmasının təsadüfi hadisə olmadığına eyham vurublar.
General Krım partlayışlarının iki əsas versiyasını irəli sürdü |
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak "Telegram"da Krım və digər işğal olunmuş ərazilər işğaldan tam azad olunana qədər demilitarizasiyanın davam etdiriləcəyini yazıb.
Nəşr yazır ki, bu aya qədər Krım Ukraynanın hücumlarından uğurlu şəkildə qorunurmuş kimi görünürdü. Hətta Ukraynanın ən qabaqcıl silah sistemləri belə oradakı Rusiya hərbi obyektlərini vurmaq imkanına malik deyildi və Kiyevin təyyarələri yarımadada Rusiyanın hava hücumundan müdafiə sistemini üstələyə bilmirdi.
Qeyd edək ki, bu gün Krımda güclü partlayışlar baş verib. Səhər saatlarında Cankoy yaxınlığındakı partlayışlarla bağlı əvvəlcə elektrik yarımstansiyasında sadəcə yanğın olduğu deyildi. Krım tatar xalqı Məclisinin rəhbəri Refat Çubarov isə bildirdi ki, Cankoy rayonunun Azovskoye kəndində Rusiyaya məxsus hərbi hissə yanıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, sursatların müvəqqəti saxlanması üçün ayrılmış ərazidəki hərbi hissədə "yanğın" baş verib. Sonradan Rusiya tərəfi partlayışları təxribatın nəticəsi kimi qiymətləndirib.
Tural Tağıyev
AzVision.az