Krım vurulandan sonra Rus donanması müdafiəyə çəkilib - CNN

Krım vurulandan sonra Rus donanması müdafiəyə çəkilib -    CNN
  20 Avqust 2022    Oxunub:3517
Qara dəniz donanması bir sıra uğursuzluqlardan sonra artıq müdafiəyə keçib. AzVision.az xəbər verir ki, bu barədə CNN Qərb rəsmilərinə istinadən məlumat yayıb. Onlar bildiriblər ki, ötən həftə Krımda "Saki" aviabazasına edilən zərbələr zamanı Qara Dəniz Donanmasının dəniz aviasiyasının ən azı yarısı sıradan çıxarılıb.
Nəşrin məlumatına görə, donanmanın dəniz aviasiyası, 34-cü Dəniz Hücum Aviasiya Alayına ümumi gücü təxminən iyirmi döyüş təyyarəsi (Su-24M və Su-30SM təyyarələri daxil olmaqla) olan iki eskadrilya daxildir. İlkin hesablamalara görə, hücum zamanı azı yeddi, yaxud da 10 təyyarəyə ziyan vurulub və ya məhv edilib.

Sayt yazır ki, Rusiyanın Krımdakı başqa iki bazasında hələ də onlarla döyüş təyyarəsi var. Lakin onlar xüsusi olaraq Qara dəniz donanmasına bağlanmayıblar.
"Krımdakı partlayışı Ukraynanın elit bölməsi törədib" - The New York Times

Ehtimal olunur ki, Ukrayna qüvvələri Rusiyanın qurduğu cəbhə xəttinin arxasında aktiv şəkildə fəaliyyət göstərəcəklər. Cənubda təşkil edilən növbəti hücumlar müharibənin gedişatına strateji təsir edəcək.

Rəsmilər onu da bildiriblər ki, son günlər onlarla insanın ölümünə səbəb olan Xarkova raket zərbələrinin artması Rusiyanın bölgəyə hücumda maraqlı olması ilə bağlı deyil. Bu, sadəcə Ukrayna müdafiə qüvvələrinin başqa yerə dislokasiya edilməsinin qarşısını almaq üçündür.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   CNN   Donanma  





Xəbər lenti