Müharibə rutin xarakter alıb

   Müharibə rutin xarakter alıb
  20 Avqust 2022    Oxunub:1888
Son günlər Ukrayna ərazisində davam edən döyüşlər daha da aktivləşib. Moskva və Kiyev itkilər barədə ardıcıl məlumatlar paylaşır, Ukrayna isə əks-hücumlara hazırlaşdığını gizlətmir. Hətta Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı qalmaqallar da səngimir.
Məsələni AzVision.az -a şərh edən "Atlas" Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya ordusunun hücum əməliyyatları xeyli səngiyib.

Krım vurulandan sonra Rus donanması müdafiəyə çəkilib - CNN
- Ukraynada taktiki döyüşlər davam edir. Rusiya irəliləyə bilmir, Donbasın tam şəkildə işğalı isə alınmır. Ruslar müqavimətlə üzləşirlər. Rusiya ordusu Xarkov istiqamətində də səylərini artıra bilmir, yalnız şəhəri bombalayırlar. Xersonda da eyni vəziyyətdir. Rusiya Xerson istiqamətində Ukrayna ordusunun əks-hücumlarına hazırlaşır ki, bu səbəbdən onlar qüvvələrin əsas hissəsini cənubda cəmləşdiriblər, - ekspert deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Ukrayna ordusu da böyük qüvvə ilə əks-hücuma keçmir. Kiyev Rusiyanın arxa cəbhəsindəki cəbhəxanaları və logistik mərkəzlərinə zərbələr endirir.

- Belə zərbələr və texnikaların itkisi Rusiya ordusunun hücum əməliyyatlarını daha da yavaşladır. Bu səbəbdən tərəflər mövqelərini qorumaq məqsədilə müdafiə xarakterli döyüşlər apararırlar. Döyüş meydanında uğur qazanmaq istəyən hücum və ya əks-hücuma başlamalıdır, ancaq bu da artan itki demək olacaq. Ona görə də tərəflər itkilərini artırmamaq üçün risqə getmirlər. Müharibə rutin xarakter alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Müharibə  



Xəbər lenti