Ukrayna hərbçiləri PUA - nı gizli silahla zərərsizləşdirdilər

  Ukrayna hərbçiləri PUA - nı gizli silahla zərərsizləşdirdilər
  23 Avqust 2022    Oxunub:1850
Ukraynanın Zaporojye vilayətində Rusiyaya məxsus Pilotsuz Uçuş Aparatı(PUA) vurulub. AzVision.az xəbər verir ki, bu barədə Zaporojyenin əlahiddə ərazi müdafiə briqadası məlumat yayıb.
Məlumatda diqqət çəkən məqam isə onun yeni və gizli silahla sıradan çıxarılmasıdır.

"İran müttəfiqlərin ərazisində PUA istehsal edə bilər" - Rusiyalı general
Hərbçilər vurulan pilotsuz təyyarənin fotosunu sosial şəbəkələrdə paylaşaraq qeyd ediblər ki, o, Ukrayna Ordusu üçün qənimətə çevriləcək. Çünki PUA-nın pərvanəsindən başqa, demək olar heç bir yeri zədələnməyib.

"Nə ilə vurulması və ya necə səmadan düşürülməsi sirrdir. İndi bu, bizim üçün işləyəcək", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   PUA   Ukrayna  



Xəbər lenti