"İstiqlal Bəyannaməmizi cındır parçaya çeviriblər" - Erməni siyasətçi

   "İstiqlal Bəyannaməmizi cındır parçaya çeviriblər" -    Erməni siyasətçi
  23 Avqust 2022    Oxunub:1999
Ermənistan parlamentinin keçmiş deputatı Mexak Mxitaryan ölkəsində ən ali siyasi və dövlətçilik dəyərlərinin sıfıra enməsindən gileylənib. AzVision.azxəbər verir ki, yerli saytlardan birinə açıqlama verən Mxitaryan hətta Ermənistan hakimiyyətinin İstiqlal Bəyannaməsini cındır parçaya çevirdiyini deyib.
Onun sözlərinə görə, İstiqlal Bəyannaməsi prezidentlik institutu ilə eynidir, hətta konstitusiyadan da yüksəkdir. Həm keçmiş, həm də indiki hakimiyyət bu sənədə lazımi münasibət göstərmir.

"Hökumətimiz elə ancaq verə-verə gedir" - Erməni siyasətçi
- Bugünkü hakimiyyət həm konstitusiyaya, həm də Müstəqillik Bəyannaməsinə kriminal laqeydlik nümayiş etdirir. Məni belə müqayisəyə görə bağışlayın, amma bunu cındır əski parçasına çevirdilər. Buna susmaq olmaz, - Mxitaryan deyib.

Onun sözlərinə görə, bəyannamənin qəbulu formal xarakter daşımayıb, orada nəzərdə tutulan bəndlərin icrasına ciddi nəzarət etmək lazım idi.

Məsələn, hakimiyyət qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınmasına çalışmalı idi. Yeni hakimiyyət dövründə isə bu "fundamental məqam" heç yerinə yetirilmir.

Mxitaryan onu da qeyd edib ki, beynəlxalq nüfuzunu itirmiş ölkədə “şəxsiyyətə pərəstiş” təzahürləri yaranıb.

Onun sözlərinə görə, hökumətin fəaliyyəti yalnız “asfalt çəkmək” məntiqindən ibarətdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti