Atom Elektrik Stansiyasına xüsusi missiya göndəriləcək

Atom Elektrik Stansiyasına xüsusi missiya göndəriləcək
  26 Avqust 2022    Oxunub:1680
Fransa ilə MAQATE Rusiya və Ukraynadan agentliyə Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xüsusi missiya göndərmək üçün təhlükəsizlik zəmanəti alıb. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa prezidenti Emmanuel Makron deyib.
- Dünən biz MAQATE-nin baş direktoru ilə görüşdük. Ötən gün həmçinin mən prezident Zelenski və Putinlə danışdım. Biz Ukrayna və Rusiya tərəfdən təhlükəsizlik zəmanəti aldıq. İndi orada ( ZAES-də - red. ) MAQATE-nin mühafizə olunacaq müstəqil missiyası yerləşdirilə bilər, - Fransa prezidenti deyib.

Britaniya kəşfiyyatı: "Rus hərbi texnikaları nüvə reaktorunun 60 metrliyindədir" - FOTO
Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.
Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.
Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fransa  



Xəbər lenti