ZAES-in nüvə izotop anbarının yaxınlığında partlayışlar olub

  ZAES-in nüvə izotop anbarının yaxınlığında partlayışlar olub
  26 Avqust 2022    Oxunub:2115
Son bir saat ərzində Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının(ZAES) ərazisinə daha altı artilleriya mərmisi atıb. Hazırkı məlumatlara görə gün ərzində bura 10 zərbə qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentlik Enerqodar hərbi-mülki administrasiyasının Telegram kanalına istinad edib.

Atom Elektrik Stansiyasına xüsusi missiya göndəriləcək
Məlumata görə, partlayışlar nüvə izotoplarının anbarının yaxınlığında baş verib. Səlahiyyətlilərin sözlərinə görə Ukrayna Silahlı Qüvvələri tərəfindən AES-in ərazisinin yeni atəşə tutulmasından sonra radiasiya fonu normaldır, stansiyanın infrastrukturuna və əsas qovşaqlarına ziyan dəyməyib.

Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.
Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.
Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Bu gün isə Fransa prezidenti Emmanuel Makron bəyan etdi ki, Fransa ilə MAQATE Rusiya və Ukraynadan agentliyə Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xüsusi missiya göndərmək üçün təhlükəsizlik zəmanəti alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Partlayış  



Xəbər lenti