"Qara Dəniz Donanması Putinin ümidlərini doğrultmadı" - Politico

   "Qara Dəniz Donanması Putinin ümidlərini doğrultmadı" -    Politico
  30 Avqust 2022    Oxunub:1242
Ukrayna hərbçiləri Rusiya Federasiyasının Qara dəniz donanmasını ikinci dərəcəli qüvvəyə çevirdilər. Ukrayna Silahlı Qüvvələri bir neçə gəmini, o cümlədən “Moskva” kreyserini batırmağa nail olub.
AzVision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayarkən müvəqqəti olaraq işğal olunmuş Krımda yerləşən donanmaya arxalanıb . Gəmilərdən "Kalibr" qanadlı raketləri ölkənin dərinliklərindəki hərbi və mülki obyektlərə aktiv şəkildə atılaraq Ukrayna limanlarına girişi əngəlləyib. Bundan əlavə, Odessanı dəniz desant qüvvələrinin hücumu ilə hədələdilər.

Krım vurulandan sonra Rus donanması müdafiəyə çəkilib - CNN
Kiyev müharibənin gedişində bir neçə rus gəmisini batırdıqdan sonra təşəbbüsü ələ keçirdi. Hətta Krımdakı Saki aviabazasında yerləşən Qara Dəniz Donanmasının aviasiya polkuna da ciddi ziyan dəyib.

Nəşrin məlumatına görə, donanma Putinin ümidlərini doğrultmayıb və Ukrayna hücumlarından yayınmaq üçün istər limanlarda, istərsə də sahildən uzaqda müdafiə mövqeyi tutub. Amma sualtı qayıq ekipajları Ukraynanı atəşə tutmağa davam edir.

Yazdan bəri Qara Dəniz Donanmasının problemləri zəif rəhbərlik, köhnəlmiş avadanlıq və təkəbbür səbəbindən daha da kəskinləşdi. Hərbi uğursuzluqlar hətta donanmanın komandiri admiral İqor Osipovun istefasına səbəb olub. Bundan əlavə, indi Rusiya donanması praktiki olaraq köməksiz hala gəlib və bir neçə ay ərzində heç bir tədbir görülməyib.

Bundan əlavə, müəlif qeyd edir ki, “Rusiya Qara Dəniz Donanması məğlub edilib və hazırda ondan yalnız qanadlı raketlərin dövri hücumları ilə müdafiə qüvvəsi kimi istifadə olunur”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Donanma  





Xəbər lenti