"KTMT-dən çıxmalıyıq, Rusiya bizə silah satmır" - Sarkisyan

   "KTMT-dən çıxmalıyıq, Rusiya bizə silah satmır" -    Sarkisyan
  31 Avqust 2022    Oxunub:1125
Ermənistanda anti-Rusiya ab-havası hər ötən gün daha da güclənir. Son bir ayda ölkədə bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinin əleyhinə aksiyalar keçirilib, saytlar hətta Surmalu faciəsinə görə Moskvanı ittiham edən silsilə yazılar dərc edirlər.
Siyasətçilər də tez-tez İrəvanın artıq Moskvadan uzaqlaşmasının vaxtının çatdığını deyirlər, Kremlin siyasəti əleyhinə çağırışlar edirlər.

Məsələn, Ermənistanın aparıcı siyasi təşkilatlarından olan "Respublika" partiyasının sədri Aram Sarkisyan mövzu ilə bağlı diqqət çəkən açıqlamalar verib. “Risk etməmək daha böyük riskdir" deyən erməni siyasətçi qeyd edib ki, indi onun ölkəsinə Qərbdən daha çox hərbi yardım gələ bilərdi nəinki Vladimri Putinin ordusundan ola.

İrəvanda anti-rus bəyanatı: "Qərəzlidirlər, beynəlxalq sülhməramlılar gəlsin"
- ABŞ dövlət katibinin keçmiş müavinini ATƏT-in Minsk qrupunun yeni həmsədri təyin edir. ABŞ və Fransa rəhbərləri Paşinyanla Əliyev arasında Brüsseldə keçiriləcək görüşdən əvvəl telefon danıqları apararaq Qarabağ məsələsinin sülhlə nəticələnməsində hazır olduqlarını təsdiqləyiblər. ABŞ və Fransa səfirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşaya səfər dəvətini qəbul etmədilər. ABŞ "Artsax"ın (Qarabağa veriən qondarma ad-red.)statusu məsələsinin həllinə yanaşmanı müdafiə edir. Amma Rusiya və Azərbaycan status məsələsini həll olunmuş hesab edirlər. Bunu Moskvada keçirilən üçtərəfli görüşlərdən sonra keçirilən mətbuat konfranslarında və Putinin Dağlıq Qarabağa dair verdiyi müsahibələrdə açıq şəkildə bildiriblər. Rusiyanın Azərbaycandakı səfiri Şuşa dəvətini məmnuniyyətlə qəbul edir və şəhərə səfər edir. Bunlar faktlardır və müzakirə mövzusu deyil. Lakin bu faktlar bizə bəzi qənaətlərə gəlməyə imkan verir.

Bütün bu məsələlərdə həll yolu mümkün variantlarla Rusiya-Türkiyə razılaşmalarından kənara çıxmaqdır. Qərbin siyasi, hərbi və iqtisadi təsirini artırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq lazımdır. Çünki Rusiya Federasiyası hələ də bizə silah satmır. KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. KTMT bizə daha ciddi hərbi yardım göstərməyə mane olur, - partiya sədri Rusiyanın vassalı olmaqlarından gileylənib.

O, həm ABŞ, həm də Fransanı dost ölkələr adlandıraraq qeyd edib ki, İrəvan KTMT-dən qurtulacağı təqdirdə Qərbin Ermənistana hərbi yardımı ildə 350-400 milyon dollar həddində ola bilər.

- Üstəlik, bu yardımlar müasir silahlar olacaq. Bu hərbi dəstəyə təlimləri, müasir müharibənin taktika və strategiyasının öyrədilməsini də əlavə edin. Bilirəm ki, mənim təklifim risklidir. Amma hər şeyi olduğu kimi buraxsanız, bu, Qarabağın tam itirilməsi, Ermənistan Respublikasının sərhədlərinin Rusiya xəritələri ilə bizim ziyanımıza yenidən cızılması, Ermənistanın suverenliyi və s.məsələlər olacaq, - Aram Sarkisyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   KTMT  





Xəbər lenti